“Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın 8 klubdan təklif aldığını bildirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis gələn təkliflərin beşinin Türkiyədən, digərlərinin isə başqa ölkədən olduğunu açıqlayıb.
Yalçın hazırda çalışmaq istəmədiyini və bu mövsüm istirahət etməyi düşündüyünü sözlərinə əlavə edib. O, son olaraq “Beşiktaş” klubunda çalışıb və komandanı Türkiyə çempionu edib.