“Əl-Hilal”ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı komandası ilə müqaviləsi başa çatdıqdan sonra “Real”a keçmək imkanını nəzərdən keçirir.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçu yaxşı münasibətdə olduğu Vinisius Junior və Kilian Mbappe ilə birgə oynamaq arzusundadır. Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal”a keçib.
Braziliyalının Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər, bir mövsüm uzatma imkanı ilə nəzərdə tutulub.