“Mançester Siti” UEFA Çempionlar Liqası V turunda “Feyenord”la heç-heçə edib (3:3).
İdmanxeber.az-ın məlumatına görə, matçın ardından “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın görüntüsü sosial şəbəkələrdə gündəm olub. Belə ki, təcrübəli mütəxəssis oyun zamanı üzünü, başını cırmaqlayıb.
O, əsəbdən hətta burnunu da qanadıb.