05 Dekabr 2024
Dünya futbolu

Noyer karyerasında ilki yaşadı

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya kubokunun 1/8 final mərhələsində  “Bayer”lə oyunda qırmızı vərəqə alıb.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı qolkiper 17-ci dəqiqədə Ceremi Frimponqa cərimə meydançası xaricində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, Noyerin karyerasında ilk olub. Təcrübəli oyunçu bu günə qədər qırmızı vərəqə almamışdı.

Noyer klub səviyyəsində 800, Almaniya millisində isə 124 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43