05 Fevral 2025
Dünya futbolu

Premyer Liqa klubları bu hücumçu üçün yarışır

Premyer Liqa klubları “Vulverhempton”un hücumçusu Mateus Kune ilə maraqlanır, 

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” artıq qarşı tərəflə ilkin danışıqlar aparıb. 25 yaşlı braziliyalıya “Mançester Yunayted”, “Tottenhem”, “Nyukasl” və “Aston Villa” da maraq göstərir.

Kune ötən yaydan “canavarlar”da oynayır. Bu mövsüm o, bütün turnirlərdə 14 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı forvardın dəyərini 45 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43