21 Dekabr 2024
Ölkə futbolu

Premyer Liqa baş məşqçilərindən yalnız Berdiyev bu qərarı verdi

Premyer Liqada yaranacaq qış fasiləsində ölkəni yalnız bir komanra tərk edəcək.

İdmabxeber.az-a verilən məlumata görə, söhbət “Turan Tovuz”dan gedir. Tovuz təmsilçisi qış toplanışını Türkiyədə keçirəcək. Baş məşqçi Kurban Berdiyev belə qərar verib.

Digər 9 Premyer Liqa klubu isə fasiləni Azərbaycanda olacaq. Buna səbəb qış toplanışı üçün nəzərdə tutulan vaxtın azlığıdı. Zaman az olduğu üçün komandalar ölkə xaricinə yollanmağı lazım bilməyib.

Xatırladaq ki, Misli Premyer Liqasında 2024-cü ilin son oyunları XVIII turda dekabrın 20-22-də keçiriləcək. III dövrəyə isə yanvarın 17-19-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43