05 İyun 2026
Dünya futbolu

“Atalanta” “Qalatasaray”ın futbolçusunu transfer edir

“Atalanta” “Qalatasaray”dan icarəyə götürdüyü Nikolo Zanyolonu transfer edəcək.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçunun performansı məşqçilər heyətini qane edir. “Atalanta” oyunçuya qarşılıq Qalatasaray”a 15,5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Nikolo Zanyolo “Atalanta”nın heyətində keçirdiyi 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43