İtaliyalı məşqçi Massimiliano Alleqrinin yeni iş yeri müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, 57 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun baş məşqçisi olacaq. Artıq tərəflər arasında razılıq əldə olunub.
Bildirilir ki, italiyalı məşqçi 2025-ci ilin iyunundan komandaya rəhbərlik edəcək. O vaxta qədər isə klub idarəçiləri müvəqqəti baş məşqçi təyin edəcəklər.
Qeyd edək ki, Alleqri ötən ilin may ayından işsizdir.