Azərbaycan I Liqası klubu “Karvan” heyətini gücləndirib.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi gürcü əsilli azərbaycanlı futbolçu Nika Çaçaşvili ilə razılığa gəlib. Atası ispaniyalı olan oyunçu bu ölkənin həvəskarlar liqasında da çıxış edib.
Mövsümün əvvəlindən bölgə klubunun düşərgəsində olan yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb. Nikanın Azərbaycan vətəndaşlığı olduğu üçün o, legioner statusunda oynamayacaq.