30 Yanvar 2025
Ölkə futbolu

“Qarabağ”a Yunanıstanda şans vermədilər 

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin son turunda səfərdə “Olimpiakos”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmandan öncə futbol mütəxəssisləri görüşün favoritini açılayıb. Belə ki, bukmeker kontorları Afina klubunun qələbəsinə 1,30, Ağdam təmsilçisinin qalibiyyətinə isə 11,50 əmsal təyin edib.

Görüşün heç-heçə bitmə ehtimalı isə 6,34 olaraq dəyərləndirilib.

Xatırladaq ki, “Olimpiakos” – “Qarabağ” matçı sabah saat 00:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43