13 İyun 2026
Ölkə futbolu

Bölgə klubunun stadionu təmirə bağlandı, başqa rayona üz tutdu 

Azərbaycan I Liqa klubu “Mingəçevir”in stadionu təmirə bağlanıb.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi ev oyunlarını bir müddət Mingəçevirdən uzaqda oynayacaq. Komanda ev oyunlarını Zaqatalada keçirəcək.

Artıq tərəflər arasında razılıq əldə olunub. Qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43