04 Fevral 2025
Dünya futbolu

“Yuventus” futbolçusunu icarəyə verdi

“Yuventus”un yarımmüdafiəçisi Nikolo Faqioli İtaliyada klubunu dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu icarə əsasında “Fiorentina”da çıxış edəcək. 23 yaşlı italiyalı ilə icarə müqaviləsi 2024/25 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Bu mövsüm Faqioli 22 oyun keçirib və bir məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43