Frankfurt “Ayntraxt”ı “Qalatasaray”ın hücumçusu Mişi Batşuayini heyətinə cəlb edib.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilə qədərdi. Transfer məbləği 3 milyon avro olaraq qiymətləndirilir.
31 yaşlı belçikalı bu mövsüm 30 oyun keçirib və 7 qol vurub.
Batşuayi karyerası ərzində “Marsel”, “Çelsi”, “Fənərbağça”, “Beşiktaş”, “Valensiya” kimi klublarda çıxış edib.