06 Fevral 2025
Dünya futbolu

“İnter”dən gedəcək

“İnter”in hücumçusu Xoakin Korrea gələcəyi ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu baş məşqçi Simone İnzaqinin planlarına daxil deyil. 30 yaşlı argentinalı ilə müqaviləni uzadılmayacaq.

 Xoakinlə bir neçə klubun maraqlandığı da bildirilir. Korrea cari mövsüm 5 matçda ümumilikdə 148 dəqiqə oynayıb. Onun aktivində 1 qol və 2 məhsuldar ötürmə var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43