Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, U-19 növbəti dəfə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında fevralın 4-də keçirilən ilk görüşdə də Belarus millisi 2:0 hesablı qələbə qazanıb.