Azərbaycanın yeniyetmə taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open” turnirində 6 medal qazanıblar.
İdmanxeber.az-ın məlumatına görə, bunlardan 2-si qızıl, 1-i gümüş, 3-ü isə bürünc mükafatdır.
Elmira Bayrak (41 kiloqram) və Fuad Həsənov( +65 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fidan Muxtarzadə (29 kiloqram) ikinci, Mədinə Aslanlı (29 kiloqram), Rüqəyya Əliyeva (33 kiloqram) və Elmir Səlimov (53 kiloqram) isə üçüncü yeri tutublar.