07 İyun 2026
Ölkə futbolu

AFFA rəhbərliyi Nazim Süleymanovu unutmadı

Bu gün Azərbaycan millisinin əfsanəvi futbolçusu Nazim Süleymanovun 60 yaşı tamam olur.

İdmanxeber.az-ın məlumatına görə, AFFA rəhbərliyi bu münasibətlə Nazim Süleymanovu qəbul edib.

İcraçı vitse-prezident Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev N.Süleymanovla görüşüblər. Onlar sabiq futbolçunu 60 illik yubileyi münasibətilə təbrik ediblər, ona cansağlığı və uğurlar arzulayıblar.

Veteran futbolçuya xatirə hədiyyəsi təqdim olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43