27 Fevral 2025
Dünya futbolu

Premyer Liqa nəhəngləri gənc futbolçunu istəyir

“Leypsiq”in futbolçusu Kastello Lükeba Premyer Liqa nəhənglərinin hədəfindədir.

İdmanxeber.az-ın məlumatına görə,  “Mançester Yunayted”, “Liverpul” və “Çelsi” gənc müdafiəçini transfer etmək istəyir. Yayda klublar Almaniya təmsilçisi ilə danışıqlara başlayacaq. 

“Leypsiq” 22 yaşlı futbolçunun transferi üçün 90 milyon avro tələb edir. Rəhbərlik bu məbləği ödəyəcək kluba futbolçunu satacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43