İran çempionatının növbəti turunun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, lider “Traktor” ən yaxın izləyicisi olan “Sepahan”la heç-heçə edib – 0:0.
Bu nəticədən sonra xallarının sayını 45-ə çatdıran Təbriz təmsilçisi liderliyini davam etdirir.
“Sepahan” 44 xalla ikinci pillədə qərarlaşıb.