“Real”ın futbolçusu Eduarda Kamavinqa karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti” yayda futbolçu üçün hərəkətə keçəcək. Futbolçunun agenti artıq “şəhərlilər”lə danışıqlara başlayıb.
22 yaşlı futbolçu daha bir neçə Avropa klubunun maraq dairəsindədir. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

