25 İyun 2026
Ölkə futbolu

“Qarabağ” Tovuzdan 3 xalla dönür – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında sonuncu – 4-cü dövrə start götürüb.

İdmanxeber.az xəbər verir ki, lider “Qarabağ” 4-cü pillədəki “Turan Tovuz”la qarşılaşıb. Görüş Ağdam klubunun qələbəsilə başa çatıb – 4:1.

Hazırda Ağdam təmsilçisinin aktivində 67, Tovuz klubunun aktivində isə 43 xal var. 

28 mart (cümə)

19:30. “Turan Tovuz” – “Qarabağ” 1:4

Qollar: Kadi Borqes, 16 – pen. (0:1), Aleks Souza, 30 (1:1), Nəriman Axundzadə, 32 (1:2), Kadi Borqes, 84 (1:3), Aleksey Kaşuk, 90+1 (1:4)

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43