25 İyun 2026
Ölkə futbolu

“Kəpəz”dən heç-heçə, “Zirə” qalib gəldi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i keçirilib.

Əvvəlcə “Kəpəz” “Səbail”i qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. 

Beləliklə, gəncəlilər turnir cədvəlində 24 xalla 9-cu, “dənizçilər” isə 19 xalla sonuncu – 10-cu yerdədir.

Günün digər qarşılaşmasında isə “Şamaxı” “Zirə”nin qonağı olub. Matç “qartallar”ın 3:0 hesablı qələbəsi ilə bitib. 

“Zirə” 55 xalla 2-ci, “Şamaxı” isə 28 xalla 8-ci yerdə qərarlaşıb. 

30 mart (bazar)

18:00. “Zirə”– “Şamaxı” – 3:0

Qollar: Rafael Utziq, 52; Ruan Renato, 71; Salifu Suma, 90+3

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Zirə İdman Kompleksinin stadionu

16:00. “Kəpəz” – “Səbail” – 1:1 

Qollar: Şevroni Mabatşoev, 41 (1:0); Dmitro Litvin, 68 (1:1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Pərvin Talıbov

Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43