25 İyun 2026
Ölkə futbolu Premyer Liqa

Tək şans, yüksək mükafat – “Sabah”la oyundan öncə

“Neftçi” rəhbərliyi Azərbaycan Kubokunun finalı üçün futbolçulara ciddi məbləğdə mükafat vəd edib.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik “Sabah”ı keçəcəyi təqdirdə, komandaya 110 min manat “premya” sözü verib. Avrokubok hədəfinin yeganə  yolu olan ölkə kuboku rəhbərlik üçün çox önəmlidir.

Bu səbəbdən də komandaya böyük məbləğdə pul mükafatı ayrılıb.

Xatırladaq ki, “Neftçi” aprelin 2-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”la üz-üzə gələcək. Tərəflər arasında cavab  matçı aprelin 23-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43