05 İyun 2026
Dünya futbolu

Ardanın mübahisəsi transferinə mane ola bilər?

“Liverpul” “Real”ın yarımmüdafiəçisi Arda Gülərin xidmətində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı futbolçu Madrid klubunda az oynadığı üçün klubdan ayrıla bilər. Ancaq “Liverpul”un futbolçusu Dominik Soboslai ilə Güler arasında mübahisə transferə mane ola bilər. 

Xatırladaq ki, UEFA Millətlər Liqası pley-off mərhələsində Türkiyə Macarıstanı məğlub edib. Matçda Soboslai ilə Arda arasında gərginlik yaşanmışdı.

Arda bu mövsüm Karlo Ançelottinin komandasında 32 matçda iştirak edib, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43