“Barselona” yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, “Yuventus”un futbolçusu Duşan Vlahoviç Kataloniya”ə klubunun transfer hədəfinə çevrilib.
Hücumçunun hazırki dəyəri “transfermarkt” portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, serbiyalı futbolçunun “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Duşan bu mövsüm çıxış etdiyi 35 matçda 14 qol və 3 asistə imza atıb.

