İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı baş məşqçisi məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, “Nottingem Forest”in çalışdırıcısı Nunu Eşpiritu Santu bu ada layiq görülüb. Poruqaliyalı mütəxəssisin komandası martda “Mançester Siti” və “İpsviç”i məğlub edib.
Santu 2023-cü ildən “Nottingem Forest”də işləyir. Komanda hazırda Premyer Liqada 57 xalla 3-cü pillədə qərarlaşıb.

