04 İyun 2026
Ölkə futbolu

AFFA “Səbail”in şikayətini təmin etmədi

“Səbail”in futbolçusu Süleyman Alluş ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı 4 oyunluq cəza və 3000 manat cərimə qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Süleyman Alluş Misli Premyer Liqasının XXVI turunun “Zirə” ilə oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43