11 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz”un kapitanı son durumundan danışdı

Uzun müddətdir zədədən əziyyət çəkən “Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyev son durumu ilə bağlı açıqlama verib.

İdmanxeber.az saytına danışan bölgə təmsilçisinin kapitanı müalicəsinin davam etdiyini bildirib. O, hazırda Türkiyədə olduğunu da sözlərinə əlavə edib:

“Hələ hazır deyiləm. Ayağımda ağrılar davam edir. Ayın 7-dən Türkiyədəm və müalicəm davam edir. Həkimlər deyir ki, hələ hazır deyilsən. Nə vaxt qayıdacağım barədə konkret vaxt demək olmur. Buradakı həkimlər 6-8 həftə oynaya bilməyəcəyimi deyirlər. Ola bilsin bu müddət daha qısa oldu”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43