“Barselona” “Fiorentina”nın müdafiəçisi Dodonu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Hans Flik futbolçunun israrla alınmasını istəyir. A Seriyası təmsilçisi 26 yaşlı braziliyalı futbolçuya iki illik yeni müqavilə təklif edib.
Ancaq yayda tərəflər arasında danışıqlar başlayacaq.
Qeyd edək ki, bu mövsüm Dodo A Seriyasında 30 oyun keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

