“Səbail”in futbolçusu Nihad Quliyevin karyerasını II Liqa təmsilçisi “Şəfa”da davam etdirəcəyini bildirmişdik.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçu artıq qarşı tərəflə müqavilənin şərtlərini də razılaşdırıb. Belə ki, Quliyev “Şəfa” ilə 3 illik sözləşmə imzalayacaq. “Səbail”də aylıq 2500 manat maaş alan Quliyev, yeni komandasında 4000 əmək haqqı qazanacaq.
Xatırladaq ki, “Şəfa” II Liqada “ilk üçlüy”ü təmin edib. Komanda növbəti mövsümdən böyük ehtimalla I Liqada çıxış edəcək.

