26 İyun 2026
Dünya futbolu

Levandovski “Barselona”dan ayrıla bilər

“Barselona”nın hücumçusu Robert Levandovski komandadan ayrıla  bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində MLS klubu maraqlıdır. “Los Anceles Qalaksi” 36 yaşlı hücumçu ilə müqavilə bağlamaq istəyir.

Onun “Barselona” ilə sözləşməsinin müddəti gələn ilin ortalarına qədərdir.

Levandovski İspaniya çempionatının cari mövsümündə 30 oyun keçirib, 25 qol vurub və 2 məhsuldar ötürmə edib.

ş 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43