“Səbail” Misli Premyer Liqasının 31-ci turunda səfərdə “Sabah”a 2:3 hesabı ilə məğlub olub.
İdmanxeber.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov matçdan sonra oyun barədə fikirlərini bildirib:
“Oyuna tam ciddi hazırlaşmışdıq. Bizi nəyin gözlədiyini yaxşı bilirdik. Futbolçular çox yaxşı mübarizə apardı. Matçın sonlarında bir az yorğunluq baş verdi. Rəqibin də təzyiqi var idi, üstümüzə daha çox gəlirdilər. Layiqincə mübarizə apardıq. Yaxşı futbol oynadıq. Bu gün bizə nəsib deyilsə, demək ki, qarşıdakı matçlara baxmaq lazımdır”.

