04 İyun 2026
Ölkə futbolu

“Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxır

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşması 23 aprel tarixində, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43