“Bayer”in müdafiəçisi Conatan Ta mövsümün sonunda komandadan ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə oyunçu özü açıqlama verib. O bildirib ki, klubla müqavilə uzatmayacaq.
29 yaşlı futbolçunun Leverkuzen təmsilçisi ilə sözləşməsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq.
Ta 2015-ci ildən “Bayer”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

