“Fiorentina”nın hücumçusu Moyse Kin karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı italiyalı ilə “Barselona” maraqlanır. Kataloniyalılar A seriyasının bombardirlik siyahısında ikinci olan forvardın çıxışını izləyir.
Kin bu mövsüm 39 oyun keçirib, 23 qol vurub və 3 məhsuldar ötürmə edib.

