Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Neftçi” görüşünə bilet satışları davam edir.
İdmanxeber.az-a verilən məlumata görə, qarşılaşmaya 3000-dən artıq bilet satılıb. Bununla bərabər, ev sahibi komanda qonaq azarkeşlər üçün 1000-dən artıq yer ayırıb.
Xatırladaq ki, “Sabah” – “Neftçi” matçı sabah saat 20:00-da start götürəcək.

