05 İyun 2026
Dünya futbolu

“İnter” braziliyalı hücumçu ilə danışıq aparır

“Marsel”in hücumçusu Luis Enrike karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məumatına görə, “İnter” 23 yaşlı braziliyalı ilə danışıq aparır.  Mümkün transferin məbləği 30-35 milyon avro arasında olacaq.

Enrikenin hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə “Marsel”in heyətində 32 oyuna çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43