05 İyun 2026
Ölkə futbolu

“Neftçi” Masazıra “ordu” aparır – İşlər başladı

Azərbaycan kubokunun yarmfinal mərhələsinin cavab görüşləri çərçivəsində “Sabah”la qarşılaşacaq “Neftçi” oyuna ciddi hazırlaşır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi azarkeşlərin Masazıra rahat gedib-gəlməsi üçün ekspres avtobuslar aırıb.

Bundan başqa, klub adətən “Neftçi Arena”da keçirilən görüşlərdən öncə fan-şopu fanatlarının üzünə açırdısa, bu dəfə bu, “Sabah”la oyundan öncə olacaq. Fan-şopda klub formaları 50% endirimlə azarkeşlərə təklif olunacaq ki, oyundan öncə fanatlar bu geyimlərdən alaraq Masazıra yollana bilsin.

Paytaxt klubunu “Bank Respublika Arena”da ümumilikdə 1100-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Artıq klub və komandanın azarkeş qrupları vacib oyun öncəsi sosial şəbəkə hesablarından azarkeşlərinə çağırışlar edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43