“Çelsi”nin müdafiəçisi Vesle Fofana karyerasını “Fənərbağça”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi futbolçunu heyətinə qatmaq niyyətindədir. Klub 24 yaşlı müdafiəçi ilə yayda danışıqlara başlayacaq.
Fransa millisinə də dəvət almış oyunçu bu mövsüm London təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

