25 İyun 2026
Ölkə futbolu

AFFA-nın icraçı vitse-prezidenti UEFA-nın İstanbuldakı tədbirində iştirak edəcək

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev UEFA-nın bu gün Türkiyənin İstanbul şəhərində keçiriləcək tədbirinə qatılacaq. 

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat yayıb.

Avropa futbol qurumunun Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayacaq.

Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəhbərinin iştirakı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43