07 İyun 2026
Ölkə futbolu Premyer Liqa

“Neftçi” – “Kəpəz” oyununa doğru: Ciddi itkilər var

Bu gün Misli Premyer Liqasının 33-cü turu çərçivəsində “Neftçi” “Kəpəz”i qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, saat 20:00-da keçiriləcək qarşılaşmadan öncə “ağ-qaralar”ın heyətində ciddi itkilər var. Belə ki, Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

Gəncə klubunun heyətində isə hər hansı bir cəzalı və ya zədəli futbolçu yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43