13 İyun 2026
Ölkə futbolu

Mirça Rednikdən “Kəpəz” açıqlaması

Rumıniya “UTA Arad” klubunun baş məşqçisi Mirça Rednik adının  “Kəpəz”lə hallanmasına münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis klubla danışıqlar apardığını etiraf edib. O, “Maliyyə baxımından azərbaycanlılar məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik” – deyə, açıqlama verib.

Daha əvvəl mətbuatda “Kəpəz”in rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi iddai edilirdi. 63 yaşlı mütəxəssis bir dönəm “Xəzər Lənkəran”ı çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43