01 İyul 2026
Ölkə futbolu

“Bizim üçün vacib qələbədir” – Vasili Berezutski

“Sabah” Misli Premyer Liqasının 34-cü turunda doğma meydanda  “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib.

İdmanxeber.az xəbər verir ki, Masazır  təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

“Bizim üçün vacib qələbədir. Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə olaraq buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43