01 İyul 2026
Dünya futbolu

Mahir oynadı, komandası uduzdu

Almaniya II Bundesliqasında növbəti turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” evdə “Köln”lə üz-üzə gəlib və görüş qonaqların qələbəsilə başa çatıb – 2:1.

Mahir oyuna start heyətdə başlayıb. O, ilk hissədən sonra əvəzlənib.

Xatırladaq ki, “Nürnberq” millimizin futbolçusu ilə yayda müqavilə uzatmayacağnı açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43