Misli Premyer Liqasının XXXIV turunda “Səbail” “Zirə” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. “Səbail”də Cabir Əmirli və Ayman Bouali matçı buraxacaq. Heyətdə cəzalı futbolçu yoxdur.
“Zirə”də isə beş oyunçu komandasına kömək edə bilməyəcək. Cəzalı Qismət Alıyev, Pyer Zebli ilə yanaşı, zədəli Hacıağa Hacılı, Yusuf Laval və İsmayıl İbrahimli oyunu kənardan izləyəcək.
“Səbail” – “Zirə” matçı saat 17:00-da start götürəcək.

