05 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz”un məşqçisi hakimləri təhqir etdiyi üçün cəzalandı

AFFA İntizam Komitəsi “Turan Tovuz-2” komandasının baş məşqçisi Ruslan Məmmədov 5 oyunluq cəzalandırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Mütəxəssis Əvəzedicilər Liqasında “Neftçi-2” ilə keçirilən oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün cəza ilə üzləşib. 

Tovuz klubu 400 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43