05 İyun 2026
Ölkə futbolu

“Sabah”ın U-10 komandası beynəlxalq turnirdə iştirak edəcək

“Sabah”ın U-10 komandası Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq futbol turnirinə qatılıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda turnirdə Qazaxıstanın “Elimay”, Rusiyanın “Nefteximik”, Tacikistanın “Babilon” və Qırğızıstanın “Abdysh-Ata” komandaları ilə birlikdə A qrupunda yer alıb.

“Sabah” turnir çərçivəsində ilk oyununu bu gün Tacikistanın “Babilon” komandasına qarşı keçirəcək. Turnirə mayın 17-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43