05 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” qanalı futbolçu transfer edir

“Bornmut”un hücumçusu Antuan Semenyo karyerasını başqa klubda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı qanalı ilə “Mançester Yunayted” maraqlanır. “Qırmızı şeytanlar” artıq futbolçu ilə danışıqlar aparıb.

Bu mövsüm Semenyo 40 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43