A Seriyası klubu “Komo” baş məşqçisi Sesk Fabreqasla bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik ispaniyalı mütəxəssislə yola davam edəcək. Yerli mətbuat növbəti mövsüm klubun büdcəsinin artacağını da yazır.
Rəhbərliyin transferlərə 100 milyon avro ayırmağı planlaşdırdığı qeyd edilir.
36 tura 48 xal toplayan “Komo” hazırda turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub.

