“Atletiko”nun futbolçusu Anxel Korrea komandadan ayrılır.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu karyerasını Meksikada davam etdirə bilər. Oyunçuya adıçəkilən ölkədən təklif var. Artıq tərəflər arasında danışıqlar baş tutub.
Təcrübəli futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

